02.11.2015-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində Xocalı rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Xənkəndi şəhəri haqqında tədbir keçirildi. Tədbirdə Xankəndinin
qədim və indiki tarixini əks etdirən "Xankəndi" sənədli filmi nümayiş
etdirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəssisə, idarə
rəhbərləri və 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilmiş Flora
Qasımova iştirak etdi.
Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri
Lamiə Qarayeva tədbiri açıq elan
etdi. Tədbirin mahiyyətini açıqladı. O, bildirdi ki, XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı Stepan Şaumyanın adı qoyulan Xankəndinin 1991-ci ildə adı yenidən bərpa edilmişdir. Xankəndi şəhəri Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir.
Lamiə xanım çıxışını"Xankəndi"
sənədli filminin nümayişi ilə sonlandırdı.
Sənədli filmdə Xankəndi şəhəri haqqında ümumi məlumat və erməni işğalına məruz qalmasının xronoloji ardıcıllığı göstərildi.
Sonra çıxış üçün söz millət vəkili
Flora Qasımovaya verildi. Flora Qasımova
Xankəndi haqqında məlumat verdi. Nümayiş olunan "Xankəndi" sənədli
filmi nümayişinə dəfələrlə baxsa da yenə diqqətlə
baxıb məlumatını artırmaq istədiyini söylədi. Biz tariximizə, mədəniyyətimizə aid olan bütün
informasiyaları artırmalıyıq. Tariximizi, keçmişimizi unutsaq gələcək nəsilə heç nə ötürə bilmərik.
Millət vəkili Xankəndi şəhərinin icra
strukturunun yaradılması üçün səylə çalışdığını tədbir iştirakçılarının diqqətinə
çatdırdı. Xankəndi şəhər İcra Hakimiyyəti
yaradılarsa vətəndaşlar şikayət və təkliflərini doğru ünvana çatdıra biləcəklər.
Onların müraciətlərinə vaxtında baxılacaq. Xankəndi adının batmaması üçün
informasiya resurslarımızı Xankəndinə aid məlumatlarla zənginləşdirməliyik. Belə olan
halda düşmənlərimiz bizim doğma
torpaqlarımızı heç bir zaman unutmayacağımızı görərlər.
Azərbaycan
Respublikası Milli Məclisinə V çağırış seçkilərinin qalib deputatı 1337 səs toplayan Flora Qasımova ona səs verən bütün
seçicilərə öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bizim yeganə dərdimiz Vətənimizdir - Qarabağdır. Bünün üçün ən sadə vətəndaşdan
tutmuş, yüksək vəzifəli şəxslərə qədər hər birimiz ümummilli lider Heydər Əliyevin
layiqli davamçısı Cənab Prezidentimiz
İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləməliyik. İnşallah şanlı bayrağımızı Xankəndində və digər işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq.
Millət vəkili bundan sonra da vətəndaşların
problemləri ilə yaxından maraqlanacağını tədbir iştirakçılarının nəzərinə
çatdırdı.
Məqalədə yazı işləri davam etməkdədir... Qalib Bəyməmmədoğlu